Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ömrünüzü uzada bilərsiniz

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidАнтидопинговая лаборатория, фото из архива
Антидопинговая лаборатория, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər uzun yaşamaq istəyirsinizsə...

BAKI, 16 iyul — Sputnik. Ohayo Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, qidalanma rasionunun 20% azalması vaxtından əvvəl ölüm riskini xeyli azaltmağa imkan verir. Bu barədə Sputnik Azərbaycan saglamolun.az-a istinadən məlumat verir.

Məsələn, bunun üçün alimlər gün ərzində 1 pors əti 1 ovuc qoz-fındıqla əvəz etməyi tövsiyə edirlər. Alimlərin fikrinə görə, yalnız bu sadə qaydaya əməl etməklə insan həyatını 8-17% uzada bilir.

The Daily Mail xəbər verir ki, alimlər qidalanmada xroniki xəstəliklərin riskini azaldan məhsulların miqdarını artmağı tövsiyə edirlər. Bu məhsullar arasında: meyvə, tərəvəz, balıq, zeytun yağı, süd məhsullarıdır.

Alimlər 70 mindən artıq insanların qidalanmasını analiz etdikdən sonra belə qərara gəliblər ki, rasionu 20% azaltmaq və qidalanmaya yuxarıda sadaladığımız məhsulları əlavə etməklə insanlar həyatını xeyli uzada bilərlər.

Xəbər lenti
0