Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycandan Səudiyyə Ərəbistanına mühüm təklif

Abunə olmaq
Bununla bağlı Səudiyyə Ərəbistanından Azərbaycana böyük nümayəndə heyətinin səfəri gözlənir

BAKI, 16 iyul — Sputnik. Azərbaycan Səudiyyə Ərəbistanına investisiya layihələri paketini təklif edəcək. Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Təkliflər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın qarşıdakı iclası zamanı təqdim olunacaq. Sayca 5-ci olan iclasın Bakıda oktyabrda keçirilməsi nəzərdə tutulur.

İlham Əliyev Səudiyyə Ərəbistanının dövlət nazirini qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev Səudiyyə kralı ilə görüş təəssüratlarını açıqladı

Mənbənin verdiyi məlumata görə, təkliflər nəqliyyat, aqrar, tikinti və İKT sektorunu əhatə edir. Layihə ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana böyük nümayəndə heyətinin səfəri gözlənir. Nümayəndə heyətinə dövlət strukturlarından, elecə də özəl sektordan nümayəndələr daxildir. Hazırda hər iki tərəf ticari-iqtisadi və sərmayə münasibətlərinin inkişaf etdirilməsi üzərində iş aparır.

Qeyd edək ki, bu ilin sentyabr ayında "Azərbaycan Hava Yolları" Səudiyyə Ərəbistanından Azərbaycana birbaşa aviareyslər açmağı planlaşdırır. Bu, Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayını artıracaq, eləcə də Səudiyyə Ərəbistanına ziyarət etmək istəyən Azərbaycan vətəndaşları üçün gözəl imkan yaradacaq. Ümumiyyətlə son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana böyük turist axını müşaidə edilir.

Hökumətlərarası komissiyanın iclasının yekunlarına əsasən kənd təsərrüfatı, səhiyyə, turizm, informasiya-kommunikasiya texnologiyaları, tikinti, sosial təminat, media və başqa sahələri əhatə edən protokolun imzalanması planlaşdırılır. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında 2017-ci ilin yanvar-iyun ayları ərzində mal dövriyyəsi 6,05 milyon dollar təşkil edib.

Xəbər lenti
0