Bura, Bakıdan 250 km uzaqlıqda, Masallı rayonunun mərkəzindən təxminən 10 km məsafədə, Masallı-Yardımlı yolunun üzərində, Talış dağlarının qoynunda ecazkar bir məkandır. Məkana aparan yolun ətrafında yaşıllıqlar adamı özünə cəlb edir.
Dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Dəmbəlov dağının döşündə, Viləş çayının sağ sahilində yerləşən bu gözəl məkanın sahibi Hacı İldırım Allahyarov, buradan çıxan suyun müalicəvi xüsusiyyətləri barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə maraqlı açıqlamalar verib.