BAKI, 15 iyul — Sputnik. 1924-cü il iyulun 15-də məşhur çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esambayev (1924-2000) anadan olub.
"Azərbaycanfilm" kinostudiyasında məşhur rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (1962, rejissor Tofiq Tağlzadə) çəkilib. Baş rolda Esambayev özü çəkilib.
Esambayev heç vaxt məşhur papağını başından çıxarmırmış. O SSRİ-də yeganə adam olub ki, pasport şəklini papaqla çəkdirməsinə icazə veriblər.