BAKI, 15 iyul — Sputnik. Rusiyada Barens dənizinin dibindən II Dünya Müharibəsi dövründən qalma, ABŞ istehsalı olan "Şerman" tankı çıxarılıb. Sputnik Azərbaycan türk mətbuatına istinadla xəbər verir ki, tankların 1945-ci ildə batan "Tomas Donaldson" nəqliyyat gəmisinin anbarında olduğu müəyəynləşdirilib.
Mütəxəssislərin sözlərinə görə, bu son illərdə bu gəmidən çıxarılan 4-cü tankdır. Hazırda Barens dənizindən bir neçə zirehli avtomobili çıxarmaq üçün işlər davam etdirilir.
1945-ci ilin mart atında Rusiyanın Murmansk şəhərinə gedən gəmi Kolsk Körfəzində Kildin adası yaxınlığında batırılıaraq 60 metr dərinliyə gömülmüşdü. Hazırda mütəxəssilər tank üzərində araşdırma aparır.