BAKI, 15 iyul — Sputnik. Tehran metrosunun qarşısında baş verən qarşıdurma zamanı 15 nəfər yaralanıb. Sputnik Azərbaycan İran mətbuatına istinadla xəbər verir ki, bu gün səhər saatlarında Rey şəhərində metronun qarşısında naməlum şəxs bıçaqla din xadiminə hücum edib.
— NRT English (@NRT_English) 15 июля 2017 г.
Ətrafda olan şəxslər hadisəyə müdaxilə etməyə çalışıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsə atəş açıblar, o ağır xəsarət alıb və xəstəxanada ölüb. Hadisə zamanı, ən azı 15 nəfərin yaralandığı bildirilir.
— Hami Hamedi (@HamediHami) 15 июля 2017 г.