CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtdan 250 km uzaqlıqda möcüzəvi məkan

© Sputnik / Rahim MuradovMasallı rayonu ərzisindəki müalicəvi termal bulaq
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq - Sputnik Azərbaycan
Abunə olmaq
Buraya Rusiya, Türkiyə, İran və Avropa ölkələrindən insanlar axın edirlər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Tarix boyu insanlar müxtəlif xəstəliklərdən şəfa tapmaq üçün bir çox üsullara əl atıblar. Qədimdə, indiki dillə desək, dədə-baba üsulları ilə müalicə edərdilər. Peşəkar həkim olmasa da, müalicə işini bilən loğmanlar çox olub. Xəstəliklər müxtəlif otlardan hazırlanan dərman vasitələri ilə müalicə olunub.

Bəzən isə yerin tərkindən çıxan termal sular müəyyən xəstələrə şəfa verib. Cənub zonasında, əsasən də Masallı, Lənkəran və Astara rayonlarının ərazisində müalicəvi xarakterli termal sular çıxır. Buna görə də, 1964-70-ci illərdə sözügedən rayonların ərazisində termal suları öyrənmək üçün geoloji kəşfiyyat işləri aparılıb.

Bu ərazidə geoloji-kəşfiyyat işlərinin aparılmasının əsas təşəbbüskarı, əslən Masallıdan olan alim Aslanov Mirkazım Sarəng olub. O, 12 sovet alimini bu əraziyə dəvət edərək, "Masallı hidrogen-sulfetik suların poliartik təhqiqi" mövzusunda elmi işini müdafiə edib.

Həmin illərdə termal suların tərkibini öyrənmək məqsədilə, bölgədə 17 ədəd kəşfiyyat quyusu qazılıb və bütün bu quyularda 38-64 dərəcədə olan termal sular aşkar edilib. Hazırda həmin ərazilərdən birində "Fatimeyi-Zəhra İstisu Şəfa Sanatoriyası" fəaliyyət göstərir.

Bura, Bakıdan 250 km uzaqlıqda, Masallı rayonunun mərkəzindən təxminən 10 km məsafədə, Masallı-Yardımlı yolunun üzərində, Talış dağlarının qoynunda ecazkar bir məkandır. Məkana aparan yolun ətrafında yaşıllıqlar adamı özünə cəlb edir. Dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Dəmbəlov dağının döşündə, Viləş çayının sağ sahilində yerləşən bu gözəl məkanın sahibi Hacı İldırım Allahyarov, buradan çıxan suyun müalicəvi xüsusiyyətləri barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə maraqlı açıqlamalar verib.

"Sanatoriyamızın ərazisində çıxan isti suyun həqiqətən də mülaicəvi xarakterli olmasını, həmyerlimiz olan alim Aslanov Mirkazım Sarəng, ötən əsrin 60-cı illərində sübut edib. 1971-ci ildən isə bu məkan "Xüsusi Əhəmiyyətli Ümumittifaq Müalicəvi Kurort Sanatoriyası" adını alıb və o vaxtdan da həm buraya gələn vətəndaşlarımızın və xarici qonaqların istifadəsindədir" – Allahyarov bildirib.

O, 1998-ci ildə həmin ərazini özəlləşdirib və abadlıq, yenidən qurma işləri aparıb: "Ölkəmiz müstəqillik əldə edəndən sonra isə buraya gələn xarici turistlərin sayı artıb. Gələn turistlər, əsasən paytaxt Bakı, qonşu Rusiya və İrandan olur. Bundan əlavə, Avropa ölkələrindən və qardaş Türkiyədən də gələnlər var".

© Sputnik / Rahim MuradovMasallı rayonu ərzisindəki müalicəvi termal bulaq
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq - Sputnik Azərbaycan
1/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
© Sputnik / Rahim MuradovMasallı rayonu ərzisindəki müalicəvi termal bulaq
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq - Sputnik Azərbaycan
2/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
© Sputnik / Rahim MuradovMasallı rayonu ərzisindəki müalicəvi termal bulaq
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq - Sputnik Azərbaycan
3/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
© Sputnik / Rahim MuradovMasallı rayonu ərzisindəki müalicəvi termal bulaq
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq - Sputnik Azərbaycan
4/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
© Sputnik / Rahim MuradovMasallı rayonu ərzisindəki müalicəvi termal bulaq
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq - Sputnik Azərbaycan
5/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
© Sputnik / Rahim MuradovMasallı rayonu ərzisindəki müalicəvi termal bulaq
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq - Sputnik Azərbaycan
6/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
1/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
2/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
3/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
4/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
5/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq
6/6
Masallı rayonu ərzisindəki müalicəvi termal bulaq

Həmsöhbətimizin dediyinə görə, sanatoriya ərazisindəki müalicəvi su, yerin təxminən 95-250 km dərinliyindən çıxır: "Bu su yerin dərinliyindən 60 dərəcə temperaturda çıxır. Ondan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə edilir: revmatizm, radikulit, prostat vəzi xəstəlikləri, qadın xəstəlikləri, kişi və qadın sonsuzluğu və s. xəstəliklərin dərmanıdır".

"Sanatoriya özəlləşdirildikdən sonra, burada istirahət edənlərin ixtiyarına 6 ədəd 1 və 2 mərtəbəli koteclər, restoran, sağlamlıq klubu, kiçik hovuz və avtomobil dayanacağı verilib. Buraya gələn qonaqlarımız həm dincəlirlər, həm də müalicə olunurlar. Əksəriyyəti müalicə olunmaq üçün gəlir" – müəssisənin sahibi vurğulayıb.

O, xüsusi olaraq diqqətə çatdırıb ki, sanatoriyada istisu vannalarından müalicə üçün istifadə edən hər bir şəxs burada çalışan həkim nəzarətindən keçir. İ. Allahyarov onu da qeyd edib ki, "Fatimeyi-Zəhra İstisu Şəfa Sanatoriyası"nın ərazində istisu vannalarından başqa "Mədə bulağı" da var. Bu bulaqdan çıxan su mədə-bağırsaq xəstəliklərinin müalicəsində mühüm vasitədir.

Xəbər lenti
0