Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərbaycan üçün 400 milyon dollar kiçik vəsaitdir"

CC0 / Maklay62 / US dollarsABŞ dollarları, arxiv şəkli
ABŞ dollarları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünya Bankının kreditlərindən uzaqlaşmaq lazımdır, amma..."

BAKI, 15 iyul — Sputnik. Dünya Bankı 2017-ci ilin maliyyə ili ərzində (2016-cı il iyulun 1-dən 2017-ci il 30 iyunadək) Azərbaycana ayrılan 400,25 milyon dollar həcmində kredit və qrantı təsdiqləyib. "APA-Economics" xəbər verir ki, bu barədə "İnterfax" agentliyinə bankdan məlumat verilib.

"2016-cı ilin maliyyə dövrü ərzində Azərbaycana ayrılan kredit və qrantların həcmi 207 milyon dollar olubsa, bu il üçün bu göstərici 400,25 milyon dollar təşkil edəcək" — deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ayrılan kreditin 400 mln. dolları "Cənub Qaz Dəhlizi" layihəsinə, 0,25 mln. dollarlıq qrant isə 2017-2022-ci illər ərzində insan resursları və İKT sahəsində potensialın artırılması ilə bağlı məsələlərin həllinə yönəldiləcək.

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Samir Əliyev, iqtisadçı-ekspert

Xatırladaq ki, ümumilikdə 2013-2017-ci illər ərzində Dünya Bankı tərəfindən Azərbaycana 1 mlrd. 238,25 mln. dollar kredit ayrılıb.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında, ümumən götürəndə beynəlxalq maliyyə institutlarından kreditin alınmasına normal baxdığını deyib: "Amma əsas məsələ bu vəsaitlərin nə dərəcədə səmərəli istifadə edilməsidir. Son vaxtlar istər Dünya Bankı, istər Asiya İnkişaf Bankı, istər digər beynəlxalq qurumlar tərəfindən ayrılan kreditlər bizdə, əsasən neft sektoruna yönəldilir".

"Yəni, kreditlər daha çox bu sektora yönəlir. Qeyri-neft sektoruna ayrılan kreditlərin həcmi çox da deyil. Halbuki, qeyri-neft sektoru bizdə daha çox kredit tələb edir. Düzdür, "Cənub Qaz Dəhlizi" layihəsini Azərbaycan öz gücünə həll etmək iqtidarında deyil. Ona mütləq xarici resurslar lazımdır, vacibdir" — S. Əliyev bildirib.

Ekspertin fikrincə, bu gün Azərbaycan neft sektorundan asılılığı azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək istəyirsə, mütləq qeyri-neft sektoruna investisiyaları artırmalıdır: "Amma çox təəssüf ki, investisiyalar bizdə neft sektoruna yönəldilir. İstənilən halda, neft gəlirlərinin azalması fonunda güclü borclanmaya getməkdə ehtiyatlı olmaq lazımdır. Çünki burada artıq tərs mütənasiblik yaranır".

© Photo : UNECUNEC-in professoru Elnur Sadıqov
UNEC-in professoru Elnur Sadıqov - Sputnik Azərbaycan
UNEC-in professoru Elnur Sadıqov

Onun sözlərinə görə, getdikcə həm neft hasilatı azalır, həm onun dəyəri ucuzlaşır: "Nəzərə alaq ki, ümumi daxili məhsul milli valyutadadır və devalvasiya olduqca dollar ifadəsində onun payı azalır. Dollar ifadəsində onun payı azaldığına görə də xarici borcun payı təbii olaraq artır. Baxmayaraq ki, xarici borclanmanı heç də mənfi qiymətləndirmirəm, amma düşünürəm ki, alınan vəsaitlərin səmərəliliyinə maksimum dərəcədə diqqət artırılmalıdır".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru, Rusiya və Azərbaycanın iqtisad elmləri doktoru Elnur Sadıqov isə Sputnik Azərbaycan-a açıqlamasında Dünya Bankının Azərbaycanla olan qarşılıqlı iqtisadi əlaqələrinin bu gün, müasir dövrdə daha da artdığını deyib: "Bunun ən başlıca səbəblərindən biri nədir? Yəni, Dünya Bankının marağı ondan ibarətdir ki, Azərbaycan regionun ən güclü dövləti kimi iqtisadi baxımdan daimi olaraq regionda olan layihələrdən kənarda qalmasın. Nəyin bahasına olursa-olsun Azərbaycana kömək etmək lazımdır ki, ölkəmiz də bu sahədə öz sözünü deyə bilsin".

Onun fikrincə, bu layihə çox uğurlu olacaq və Azərbaycan dövləti üçün çox yaxşıdır: "400 milyon dollar Azərbaycan kimi ölkə üçün o qədər də böyük vəsait deyil. Bunu vaxtında Azərbaycan dövləti daxili imkanları hesabına qaytaracaq. Bu, bizə imkan verəcək ki, regionda öz sözümüzü deyə bilək. Düzdür, xarici borclanma ölkə üçün o qədər yaxşı deyil. Nə qədər öz daxili resurslarımıza əsaslansaq daha yaxşı olar. Ümumiyyətlə, Dünya Bankının kreditlərindən uzaqlaşmaq lazımdır. Ancaq bu, regional bir layihədir və başqa ölkələr də burada iştirak edir. Azərbaycan burada çox səmərəli bir yol açacaq".

Xəbər lenti
0