ELM

Tələbə köçürülməsinin təfərrüatları açıqlandı

© Wikipedia / Emin NasirovCəsarət Valehov
Cəsarət Valehov - Sputnik Azərbaycan
Abunə olmaq
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başlayır

BAKI, 14 iyul — Sputnik. "İyulun 17-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanacaq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
Prezidentdən tələbələrə böyük müjdə

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin (TN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib. O bildirib ki, ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi də elektron qaydada aparılacaq.

"Sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək və bu proses avqustun 15-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər" — Valehov bildirib.

Sektor müdirinin sözlərinə görə, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir: "Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır".

"Eyni zamanda, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır" — o vurğulayıb.

TN sözçüsü əlavə edib ki, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir: "Qeyd etməliyəm ki, ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb".

Xəbər lenti
0