Fransa Bəşər Əsəd barəsində geri addım atdı

© Sputnik / Irina Kalashnikova / Mediabanka keçidЛидер движения "En Marche" Эммануэль Макрон, победивший на президентских выборах во Франции, во время своей победной речи перед Лувром в Париже
Лидер движения En Marche Эммануэль Макрон, победивший на президентских выборах во Франции, во время своей победной речи перед Лувром в Париже - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa və ABŞ prezidentləri Suriyanın gələcəyi ilə bağlı "yol xəritəsi"nin hazırlanması üçün işçi qrupunun yaradılmasını təklif ediblər

BAKI, 14 iyul — Sputnik. "Biz Bəşər Əsədin hakimiyyətdən getməsi üçün əlavə güc sərf etməyəcəyik. Bundan sonrakı əsas hədəfimiz terrorizmi yox eləmək olacaq". Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron paytaxt Parisdə amerikalı həmkarı Donald Trampla görüşü zamanı deyib.

"Əsədin istefa verib-verməməsi artıq Fransa üçün o qədər də vacib şərt deyil. Məqsədimiz oralarda özünə məskən salan terrorçuları məhv eləməkdir" — Makron qeyd edib.

Görüşün sonunda Fransa və ABŞ prezidentləri Suriyanın gələcəyi ilə bağlı "yol xəritəsi"nin hazırlanması üçün işçi qrupunun yaradılmasını təklif ediblər.

Xəbər lenti
0