BAKI, 14 iyul — Sputnik. 1990-cı il iyulun 14-də SSRİ prezidenti Mixail Qorbaçov "Televiziyanın demokratikləşməsi və inkişafı haqqında" fərman imzalayıb.
Fərmandan sonra SSRİ ərazisində sürətlə özəl telekanalların açılması prosesi başladı.
Maraqlıdır ki, bu dövrdə artıq 2x2 kimi özəl telekanallar sovet teleməkanında fəaliyyət göstərirdilər.
Azərbaycanda fəaliyyətə başlayan (26 noyabr 1991) ilk özəl televiziya kanalı ANS olub.