BAKI, 14 iyul — Sputnik. Səudiyyə Ərəbistanı şahzadəsi Əbdürrəhman bin Əbdüləziz əl-Suud dünyasını dəyişib. Sputnik Azərbaycan "Haberler"-ə istinadən xəbər verir ki, əl-Suud 86 yaşında həyatını itirib.
Məlumata görə, mərhumun cənazə namazı Məkkə şəhərində yerləşən müqəddəs Məscid-ül Haramda qıınacaq.
Qeyd edək ki, Əbdürrəhman bin Əbdüləziz əl Suud 1983-2011-ci illər arasında müdafiə və aviasiya nazirinin müavini vəzifəsini icra edib.