BAKI, 14 iyul — Sputnik. Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani Türkiyəyə səfərə gəlib. Sputnik Azərbaycan NTV-yə istindən xəbər verir ki, nazir bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda olacaq.
Daha sonra o, türk həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı aktual, regional və beynəlxalq proseslər müzakirə ediləcək.