Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Müəllim və direktorların işə qəbulunun detalları bəlli oldu

Abunə olmaq
Müəllimlərin və məktəb direktorlarının işə qəbulunun yeni qaydaları özündə nəyi ehtiva edir? Sputnik Azərbaycan-ın videosunda baxın.

Təhsil nazirinin əmri ilə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib. Qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub. Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.

Bu addımlar nə məqsədlə atılır və onlar yeni təhsil ilində təhsil prosesinə necə təsir göstərəcək? Bu barədə təhsil sahəsinin ekspertləri Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində mətbuat konfransında danışdılar.

Xəbər lenti
0