Əhliman Əmiraslanov: “Ölkə rəhbərliyi və xalqın birliyi bu çevrilişin qarşısını aldı”
Bir il bundan öncə Türkiyədə baş verən hadisələr Azərbaycanda da çox böyük təşviş yaratdı. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov deyib. “Bizim hər birimiz o gecəni böyük həyəcanla keçirtdik. O hadisələri ilk dəfə pisləyənlərdən biri Azərbaycan prezidenti İlham Əliyev olub. Bu başqa cür də ola bilməzdi. Türkiyə və Azərbaycan arasındakı münasibətlər əsl dostluq və qardaşlıq münasibətləridir”.
“Şükürlər olsun ki, bu çevrilişə cəhd baş tutmadı. Bunun səbəbi isə qəhrəman türk xalqının şücaətidir. Ölkə rəhbərliyi və xalqın birliyi bu çevrilişin qarşısını aldı. Çox təəssüflər olsun ki, itkilər də çox oldu” – deyə o bildirib.