Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Körpəsini öldürüb buzxanaya qoydu

CC BY 2.0 / sjmck / FreezerSoyuducunun buzxanası, arxiv şəkli
Soyuducunun buzxanası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qatil ana körpələrini 1998, 1999 və 2003-cü illərdə Larmor Plage şəhərində dünyaya gətirdiyini sonra isə zibil paketinə qoyaraq dondurduğunu bildirib

BAKI, 14 iyul — Sputnik. Fransanın Lorient şəhərində 50 yaşlı fransız qadın dünyaya gətirdiyi körpələri əvvəlcə boğub öldürüb, sonra isə dondurub.

Sputnik Azərbaycan türk mətbuatına istinadla xəbər verir ki, Atlantik okeanı sahilində balıqçı qayığının soyuducusunda tapılan körpə uşaq cəsədi bütün Fransanı ayağa qaldırıb. Körpə cəsədinin tapıldığı qayıqda çalışam qadının evində axtarış aparan polis qadının evində dondurulmuş iki körpə cəsədi də tapıb. Lorient Prokurorluğunun məlumatına görə, uşaqların anası olan 50 yaşlı qadın hər doğuşdan sonra körpəni yastıqla boğub, sonra dondurub.

Qatil ana körpələrini 1998, 1999 və 2003-cü illərdə Larmor Plage şəhərində dünyaya gətirdiyini sonra isə zibil paketinə qoyaraq dondurduğunu bildirib. Qadın uşaqlardan birini işlədiyi qayığın soyuducunda saxladığı üçün bu başqa bir işçinin diqqətini çəkib və o bu barədə polisə xəbər verib. 50 yaşlı qadının 25 yaşında bir oğlu olduğu da bildirilir. 

Xəbər lenti
0