BAKI, 14 iyul — Sputnik. Türkiyədə Fövqəladə vəziyyət rejimi daha üç ay uzadıla bilər. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım açıqlama verib. Nazir jurnalistlərə bildirib ki, hökumət məsələ ilə bağlı Milli Təhlükəsizlik Şurasına təklif verəcək.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət keçən ilin iyul ayından bu yana ard-arda 4 dəfə 3 aylıq müddətə uzadılıb.