Sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu var. Dondurmanın yalnız isti havalarda deyil, müntəzəm istifadəsi uşaqların vitamin çatışmamazlığını da aradan qaldıra bilər.
Lakin bütün bu sözlər həmişə yediyimiz dondurmalara aiddir. Dünyada isə elə dondurma növləri mövcuddur ki, onların süd məhsullarına heç bir aidiyyəti yoxdur, həmçinin dad baxımından da onları yüksək qiymətləndirmək olmur. Hər halda Azərbaycan istehlakçısı bu cür dondurmaları heç də "dadlı" deyərək yeməz. Amma onların da öz həvəskarları var.
Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada bu cür "dondurma"lardan bəziləri təqdim olunub.