BAKI, 14 iyul — Sputnik. Türkiyədə bir nəfər şəxs Amerika Birləşmiş Ştatlarının İstanbuldakı Baş konsulluğuna girməyə çalışıb. Sputnik Azərbaycan bu barədə "Hürriyet"ə istinadən xəbər verir. Məlumata görə, Orta Asiya mənşəli həmin şəxs polis tərəfindən tutularaq bölməyə aparılıb.
— ABDIstanbul (@ABDIstanbul) 14 июля 2017 г.
O, Baş konsulluğun hasarından tullanaraq bağçaya daxil olub. Lakin onun üzərində heç bir silah aşkar olunmayıb. Daha sonra aydın olub ki, həmin şəxs yolu azdığı üçün hasarı keçmək istəyib.