BAKI, 13 iyul — Sputnik. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla Ermənistan qurumun digər ölkələrini də öz təxribatlarının əsirinə çevirir". Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov RİA Novosti-yə müsahibəsində belə bir fikir işlədib.
"Onlar yaxşı bilirlər ki, əgər heç kəs vəziyyətə qarışmasa, o zaman heç üç gün belə, tab gətirə bilməyəcəklər. 2016-cı ilin aprelində artıq bu baş verdi. Əgər bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq qırılacaqdı. Düşmənin uzun illər ərzində qurduğu müdafiə xəttini biz 40 dəqiqə ərzində yardıq" — nazir bildirib.