Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İstirahətə gəlmişdi, xəstəxanaya düşdü

© Sputnik / Ilham AhmadovŞəlalə Farel istirahət mərkəzi
Şəlalə Farel istirahət mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Sevinc Kərimovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Istirahət mərkəzlərindən birində növbəti dəvə bədbəxt hadisə baş verib. Oğuzda istirahət edən Yevlax rayon sakini yıxılaraq ağır xəsarət alıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Oğuz Mərkəzi Rayon Xəstəxanasından  verilən məlumata görə, iyulun 12-i günorta saatlarında Yevlax rayonu Aşağı Bucaq kənd sakini, 1993-cü il təvəllüdlü Sevinc Mətləb qızı Kərimova qapalı kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, ailəsi ilə birlikdə rayona istirahətə gələn gənc qız rayonun Xalxal kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə gəzərkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb. Sevinc Kərimovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0