BAKI, 13 iyul — Sputnik. Fransanın paytaxtı Parisin əsas simvolu olan Eyfel qülləsi Donald Trampın səfəri ilə əlaqədar 2 gün ziyarətçilərə bağlı olacaq. Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, qüllə 13-14 iyul tarixlərində qapalı olacaq.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron və xanımı ABŞ rəhbəri Donald Tramp və həyat yoldaşı ilə Eyfel qülləsində yerləşən restoranda nahar və şam yeməyi yeyəcəklər.