BAKI, 13 iyul — Sputnik. Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsü gülünc adlandırıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti rəhbərinin müavini Sara Sanders bildirib.
“Düşünürəm ki, bu tamamilə gülünc təklif siyasi oyunbazlığın uğursuz təzahürüdür” — deyə S.Sanders vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar.