Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC-dən yeni həmlə

© FlickrNeft
Neft - Sputnik Azərbaycan
Abunə olmaq
İlin sonuna qədər ABŞ-ın neft hasilatını 800 min barel/gün artıra biləcəyini vurğulayıb

BAKI, 13 iyul — Sputnik. OPEC-in baş katibi Məhəmməd Barkindo 2017-ci ilin sonuna qədər ABŞ şist neft hasilatçısı şirkətlərlə növbəti danışıqlara hazırlaşdığını bildirib. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, bu barədə M.Barkindo jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan əvvəl bu ilin mart ayında ABŞ-ın Hyuston şəhərində keçirdiyi görüş çox məhsuldar olub. Bir sıra ekspertlər düşünür ki, Amerika şist neft hasilatçıları neft hasilatını sürətlə inkişaf etdirərək özlərini məhv edə bilər.

FGE konsaltinq şirkətinin rəhbəri Firudin Feşarakinin "Bloomberg" agentliyinə verdiyi açıqlamasında ABŞ neft hasilatçılarının inanılmaz dərəcədə hasilatı artırdıqlarını və bunun nəticəsini düşünmədiklərini qeyd edib. O, ilin sonuna qədər ABŞ-ın neft hasilatını 800 min barel/gün artıra biləcəyini vurğulayıb.

Xəbər lenti
0