BAKI, 13 iyul — Sputnik. 2017-ci ilin yanvar-iyun aylarında, 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri, milli valyutada 12,3 faiz bahalaşıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Məlumata görə, cari ilin iyun ayında, may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri 0,1 faiz, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1 faiz, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3 faiz ucuzlaşıb, dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 0,1 faiz bahalaşmış, qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.