SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili: “Dövlətin qorunmasında millətin ayağa qalxması önəmli hadisədir”

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Fazil Mustafa deyir ki, ötən il baş vermiş çevrilişə cəhd Türkiyə cəmiyyətinin bu cür hadisələrin qarşısında durmaq gücünə və xarakterinə sahib olduğunu ortaya çıxardı

Fazil Mustafa: “Ümid edək ki, bu hadisələr gələcəkdə təkrar olunmaz”
"15 iyul çevrilişə cəhdi Türkiyə cəmiyyətinin toparlanmasına xidmət elədi". Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib: “Bu çevriliş qısa müddət ərzində Türkiyənin potensialını ortaya çıxardı. Dövlətin qorunmasında millətin rol alması önəmli hadisədir. Biz Türkiyədəki hadisələrdə bunun şahidi olduq”.

“Ümid edək ki, bu hadisələr gələcəkdə təkrar olunmaz. Olsa belə, Türkiyə cəmiyyəti bu cür hadisələrin qarşısında durmaq gücünə və xarakterinə sahibdir. Bizim Türkiyənin yaşadığı sıxıntılara reaksiyamız bəllidir. Türkiyə hansı ağrıları yaşadısa, biz də eynisini yaşadıq. Bütün baş verənlər zamanı Türkiyəni dəstəklədik” – deyə o bildirib.

Xəbər lenti
0