Ən tənbəl insanların yaşadığı ölkənin adı açıqlandı

Abunə olmaq
Araşdırmada 111 ölkədən 717 min kişi və qadın iştirak edib

BAKI, 13 iyul — Sputnik. İngiltərənin Stenford Universitetinin alimləri maraqlı bir araşdırmaya imza atıblar. Onlar smartfonlardan alınan məlumatlar əsasında əhalisi ən tənbəl və qoçaq olan ölkələri müəyyənləşdiriblər.

Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, araşdırmada 111 ölkədən 717 min kişi və qadın iştirak edib. Onların piyada gəzmək vərdişi 100 gün ərzində yoxlanılıb.

Nəticədə məlum olub ki, gün ərzində ən çox addımlayanlar Çin sakinləridir. Ən tənbəllər isə Malayziya vətəndaşlarıdır.

Digər tənbəl ölkələr isə Səudiyyə Ərəbistanı və İndoneziyadır.

Xəbər lenti
0