BAKI, 13 iyul — Sputnik. Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir ki, ölkəmizin iqtisadi tərəqqisinin, davamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən innovativ proqram və layihələrin reallaşmasına gömrük orqanları da daim öz töhfəsini verir. Son illərdə idxal-ixrac əməliyyatlarının sürətli, maneəsiz və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə gömrük orqanları tərəfindən tətbiq edilən və Ümumdünya Gömrük Təşkilatının bir sıra ölkələrə nümunə göstərdiyi "Bir pəncərə", "Elektron bəyannamə", "Yaşıl dəhliz" kimi səmərəli layihələr bunun bariz nümunəsidir.
Məlumatda deyilir ki, lakin gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır: "Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar. Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib".
Cədvəldən də göründüyü kimi ümumilikdə 1 mln. 53 min 684,61 ABŞ dolları vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib:
|
Xarici iqtisadi fəaliyyət iştirakçısının adı |
İnvoysda göstərilən qiymət |
Real qiymət |
Fərq |
1 |
"AZFAR PROCESSİNG" MMC |
18685 $ |
25000 $ |
6315 $ |
2 |
Yevsyutin Yuriy Stepanoviç |
26616,14 $ |
36973,73 $ |
10357,59 $ |
3 |
Nəbiyev İlham Kərəmullah oğlu |
20735,18 $ |
29994,03 $ |
9258,85 $ |
4 |
"SƏHLİYALI" Firması |
17442,57 € |
32192,84 € |
14750,27 € |
5 |
"ARSAN COMPANY" MMC |
4800 $ |
12000 $ |
7200 $ |
6 |
"ARSAN COMPANY" MMC |
28292 $ |
42438 $ |
14146 $ |
7 |
Rəfiyev Hüseyin Oruc oğlu |
12373 $ |
19915 $ |
7542 $ |
8 |
"ŞAM – A" MMC |
19385,76 $ |
36348,30 $ |
16962,54 $ |
9 |
"VARTEX" MMC |
36875,25 $ |
47547 $ |
10671,75 $ |
10 |
Məmmədov Rizvan Novruz oğlu |
11099 € |
23316,90 € |
12217,9 € |
11 |
"BORAS" MMC |
11461.50 $ |
41472 $ |
30010,50 $ |
12 |
"Grand Reklam" MMC |
59095 $ |
103077 $ |
43982 $ |
13 |
Esmaeil Zadeh Faridon |
44349 $ |
56658,14 $ |
12309,14 $ |
14 |
"Biznes —2017" MMC |
11000 $ |
15545 $ |
4545 $ |
15 |
"Həsənoğlu LTD "MMC |
15940,45 $ |
100414,89 $ |
84474,44 $ |
16 |
"ARMONi" MMC |
66870 € |
170191,66 € |
103321,66 € |
17 |
"SAND REGON" MMC |
10274 $ |
37000 $ |
26726 $ |
18 |
"EuroClima" MMC |
94665,59 € |
124665,59 € |
30000 € |
19 |
"Təmir Tikinti" MMC |
28390 $ |
36693 $ |
8303 $ |
20 |
"Legenda LB"MMC |
44592,60 $ |
214042,64 $ |
169450,04 $ |
21 |
"Gold Lion 999" MMC |
10517 $ |
37190,55 $ |
26673,55 $ |
22 |
"Doruk Han Group" MMC |
39358,31 $ |
51691,04 $ |
12332,73 $ |
23 |
"AZ-OIL Production Company" MMC |
22050 € |
40950 € |
18900 € |
24 |
"Planet-B" MMC |
73978,50 $ |
187875,41 $ |
113896,91 $ |
25 |
"Səma İstehsal-Kommersiya" MMC |
52187,65 $ |
64408,50 $ |
12220,85 $ |
26 |
"Çıraq İnşaat " MMC |
27423,71 $ |
62323,72 $ |
34900,01 $ |
27 |
"Tiko Group" MMC |
52127,55 $ |
81380,12 $ |
29252,57 $ |
28 |
"Diqlas Kvant" MMC |
18020 $ |
20070 $ |
2050 $ |
29 |
"Relax"MMC |
10316,68 $ |
32100,01 $ |
212783,33 $ |
30 |
"Turkuaz-LL " MMC |
27220 $ |
35220 $ |
8000 $ |
31 |
"Trade Imports" MMC |
22084,28 $ |
146600 $ |
124515,72 $ |
|
Cəmi |
969733,21 $ |
2023414,82 $ |
1053684,61 $ |
DGK bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir.
Komitə bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.