Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanın xalq artisti "erməni qalmaqalı"nda

© Photo : Facebook / Brıllıant Súleymen DadaśovaНародная артистка Азербайджана Бриллиант Дадашева
Народная артистка Азербайджана Бриллиант Дадашева - Sputnik Azərbaycan
Abunə olmaq
Buna səbəb Dadaşovanın Instagram sosial şəbəkəsində erməni ifaçı Varijan Şahbazyanın qarmondakı ifasını "Super" sözü ilə şərh etməsi olub

BAKI, 13 iyul — Sputnik. Xalq artisti Brilyant Dadaşovanın adı ilk dəfə deyil ki, "erməni qalmaqalı"na qarışır. Bir neçə il əvvəl, daha doğrusu, 2014-cü ilin 25 mayında o, Nyu Yorkda yaradıcılıq uğurlarına görə "Lifetime Achievement Award" mükafatına layiq görülüb. Məlum olub ki, bu layihənin təşkilat komitəsinə erməni də daxil olub. Bu fakt Azərbaycan KİV-də böyük rezonans doğurmuşdu və Brilyant Dadaşovanın adı qalmaqal xronikasına düşmüşdü. Onda müğənnini bu uğuru münasibətilə təbrik edənlər də oldu. Qeyd edildi ki, onun yaradıcılığı hər kəsi valeh edir və hətta düşmənlər belə onun ifası qarşısında acizdirlər. Lakin onun ünvanına olmazın hədyanlar da yağdırıldı.

© SkrinşotXalq artisti Brilyant Dadaşovanın şərhi
Xalq artisti Brilyant Dadaşovanın şərhi - Sputnik Azərbaycan
Xalq artisti Brilyant Dadaşovanın şərhi

Eyni zamanda Dadaşovanın ifa etdiyi məşhur Azərbaycan kompozisiyaları dəfələrlə ermənilər tərəfindən oğurlanıb. Müğənninin buna cavabı isə adətən belə olub ki, "əgər Allah mənə bu istedadı veribsə, heç nəyə təəssüflənmirəm, qoy öyrənsinlər. O xalq xoşbəxtdir ki, onun musiqisi, incəsənəti var və dünyanın musiqisevərlərinə öz qaydalarını diqtə etməyi bacarır".

Son günlərdə müğənninin adı növbəti dəfə "erməni qalmaqalı"na qarışıb. Buna səbəb Dadaşovanın Instagram sosial şəbəkəsində erməni ifaçı Varijan Şahbazyanın qarmondakı ifasını "Super" sözü ilə şərh etməsi olub. Həm də Şahbazyan ifa etdiyi mahnının müəllifinin kim olduğunu göstərməyib. Şahbazyan Dadaşovanın "super" şərhini "sağ ol, əzizim" yazaraq cavablandırıb. Buna baxmayaraq, Dadaşova bir neçə dəqiqə sonra öz şərhini silib. Lakin bir çox istifadəçi onun yazdığını skrinşot eləməyə macal tapıb. Sonra sosial şəbəkə istifadəçiləri skrinşotları həm özlərinin, həm də Dadaşovanın səhifələrində paylaşaraq xalq artistini tənqid ediblər. Hətta Dadaşovanı "Zəhranın (iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində ermənilərin atdığı silahlardan qəlpə yarası alaraq nənəsi ilə birlikdə həyatını itirən 2 yaşlı uşaq-red.) öldürülməsi barədə bir kəlmə yazmadığı halda, erməni ifaçını təqdir etməyə" görə təhqir edənlər də olub. Bir sözlə, Dadaşova erməninin ifasını bəyəndiyinə görə, çoxsaylı ittihamların hədəfinə çevrilib. İnsanlar nədənsə unudublar ki, musiqinin milliyyəti yoxdur. Dadaşova sadəcəŞahbazyanın musiqisinə, ifasına münasibət bildirib, milliyyətinə deyil.

Sputnik Azərbaycan-ın əməkdaşı bununla bağlı Brilyant Dadaşova ilə danışmaq istəsə də, cəhdləri uğursuz olub. Xalq artisti bütün KİV-lərə və Instagram sosial şəbəkəsində ünvanına səslənən ittihamlara birlikdə cavab vermək qərarına gəlib.

"Əziz dostlarım. Mənə qarşı qara piar aparan "psevdo vətənpərvərləri" qınamayın. Əlbəttə ki, döyüşlərin ən çətin və qızğın vaxtlarında, səngərlərdə və döyüş meydanlarında əsgərlərə dəstək çıxışlarımdan yazmayacaqlar ki. Çünkü göndərsən, bunların heç biri o döyüş meydanlarına yaxın getməzdi. Sizə gözəl əhval-ruhiyyə arzulayıram" — deyə Dadaşova Instagram səhifəsində yazıb.

 

 

Ümumdünya şöhrətli rus bəstəkar Pyotr Çaykovski deyib: "Musiqi elə bir xəzinədir ki, hər bir kəs ümumi istifadə üçün ora özününkündən nəsə əlavə edir". Həqiqətdir ki, musiqi millət və sərhəd tanımır, o, hamı üçündür. Təəssüf ki, heç də hamı bu fikirlə razılaşmır. Bəzən elə olur ki, ona siyasət qarışır və çox sayda musiqi müsabiqələri, festivallar, tədbirlər bu siyasətin qurbanına çevrilir.

İndi xalq artistini topa tutan sosial şəbəkə vətənşüvənlərdən soruşmaq lazımdır: doğrudanmı, siz məşhur bakılı Bokanın — milliyyətcə erməni olan Boris Davidyanın — mahnılarını eşidəndə onun musiqisi və sözlərindən zövq almır, miliyyətini düşünürsüz? Siz ki, Bokanın mahnılarına qulaq asmısız, asırsız və asacaqsız da, hətta onları özü deyil, başqa azərbaycanlı ifaçılar ifa etsə belə. Əlbəttə ki, sizin heç də hamınız bu barədə sosial şəbəkədə yazmayacaqsız.

Xəbər lenti
0