BAKI, 13 iyul — Sputnik. Bakının Yasamal rayonu ərazisində bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, Şərifzadə küçəsi, 182 ünvanında yerləşən binanın 4-cü mərtəbəsində yaşayan 2008-ci il təvəllüdlü Allahverdiyev Uğur Mübariz oğlu eyvandan yerə yıxılıb.
O, yerə yıxılarkən üzüm talvarının üzərinə düşdüyündən, qarın nahiyəsindən yüngül xəsarət alıb. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.