BAKI, 13 iyul — Sputnik. Birləşmiş Ştatların cənubunda silahlı insident yaşanıb. Hadisə Alabama ştatında baş verib.
Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, Kennet Lever adlı şəxs, aralarında problem yarandığı 3 nəfəri güllələyib. Sonra o, hadisə yerindən qaçıb. Polis, cinayətkarın axtarışını davam etdirir.