Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın valyuta ehtiyatları artaraq psixoloji həddi keçir

Abunə olmaq
2017-ci ilin əvvəlindən ölkəmizin valyuta ehtiyatları təxminən 3 milyard dollar artıb

BAKI, 12 iyul — Sputnik. "Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Ölkə başçısı qeyd edib ki, 2017-ci ilin əvvəlindən ölkəmizin valyuta ehtiyatları təxminən 3 milyard dollar artıb: "Bu da çox gözəl göstəricidir. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir".

Xəbər lenti
0