Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 12 iyul — Sputnik. Beş yaşlı uşağı maşın vurub. Hadisə bu gün səhər saatlarında Qusar rayonunun Gədəzeyxur kəndi ərazisində baş verib.
2012-ci il təvəllüdlü Amid Aslanov Qusar rayon mərkəzində yaşasa da, valideynləri ilə birlikdə Gədəzeyxur kəndinə qonaq gedib. Amid Aslanov uşaqlarla parka oynayarkən onu maşın vurub.
Xəstə təcili olaraq Qusar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Rayon Mərkəzi Xəstəxanasından Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Amid Aslanov kəllə beyin travması alıb və bu səbəbdən də reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda uşağın vəziyyəti orta ağırdır.
Faktla bağlı Qusar rayon Polis Şöbəsində araşdırma aparılır.