Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Son görüş intiharla başa çatdı

© Sputnik / Ilham MustafayevQazax Dövlət Dram Teatrında Ə. Haqverdiyevin "Bəxtsiz cavan" tamaşası
Qazax Dövlət Dram Teatrında Ə. Haqverdiyevin Bəxtsiz cavan tamaşası - Sputnik Azərbaycan
Abunə olmaq
İllərlə əziyyət çəkib, təhsil alan, lakin potensialını reallaşdıra bilməyən gəncləri itirmək...

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Qazax şəhərində gəzərkən bir neçə yerdə dairəvi formalı, görünüşü ilə diqqət çəkən afişalara rast gəlmək mümkündür. Müşahidələrimə görə, mütəmadi olaraq yenilənən, gecələr işıqlanması ilə göz oxşayan bu stendlərin varlığı çox az adamın maraq dairəsindədir.

Fikrini soruşduğum bəzi rayon sakinləri isə bu haqda tamamilə məlumatsız olduqlarını dedilər. Təbii ki, bu da təəssüf doğurmaya bilməz. Çünki bu afişaların arxasında ömürlərini incəsənətə qurban verən onlarla insanın zəhməti, illərlə çəkilən əziyyət dayanır. Bu əziyyət sahibləri böyük çoxluğun onları tanımamasından, zəhmətlərinə dəyər verilməməsindən asılı olmayaraq, daim sənətlərinə köklənib, özlərinin də söylədiyi kimi, zalda bir izləyici olsa belə, tamaşanı təxirə salmayan incəsənət adamlarıdır.

Sputnik Azərbaycan bu gün sizi, 80 illiyinin bir addımlığında olan, əksəriyyəti ömrünün böyük hissəsini sənətə həsr edən, bəzi hallarda şəraitsiz çalışmalarına baxmayaraq, öz işinin öhdəsindən gəlməyə çalışan və böyük qayğıya ehtiyacı olan Qazax Dram Teatrı ilə tanış edəcək. 1938-ci ildə sovet ideologiyasının təbliğatına dəstək məqsədilə Kolxoz-sovxoz Teatrı olaraq yaradılan Qazax teatrı, 1943-cü ildə Dram Teatrına çevrilib, 1960-cı ildən isə Xalq Teatrı kimi mövcud olub.

© Sputnik / Ilham MustafayevQazax Dövlət Dram Teatrında Ə. Haqverdiyevin "Bəxtsiz cavan" tamaşası
Qazax Dövlət Dram Teatrının foyesi - Sputnik Azərbaycan
1/7
Qazax Dövlət Dram Teatrında Ə. Haqverdiyevin "Bəxtsiz cavan" tamaşası
© Sputnik / Ilham MustafayevQazaxda teatr afişası
Qazaxda teatr afişası - Sputnik Azərbaycan
2/7
Qazaxda teatr afişası
© Sputnik / Ilham MustafayevQazax Dövlət Dram Teatrında Ə. Haqverdiyevin "Bəxtsiz cavan" tamaşası
Qazax Dövlət Dram Teatrında Ə. Haqverdiyevin Bəxtsiz cavan tamaşası - Sputnik Azərbaycan
3/7
Qazax Dövlət Dram Teatrında Ə. Haqverdiyevin "Bəxtsiz cavan" tamaşası
© Sputnik / Ilham MustafayevQazax Dövlət Dram Teatrında Ə. Haqverdiyevin "Bəxtsiz cavan" tamaşası
Qazax Dövlət Dram Teatrında Ə. Haqverdiyevin Bəxtsiz cavan tamaşası - Sputnik Azərbaycan
4/7

5/7

6/7

7/7

1988-ci ildən Qazax Dövlət Dram Teatrı (QDDT) kimi yenidən fəaliyyətə başlayıb. Bu illər ərzində 70-dən artıq əsərə quruluş verilib, Azərbaycan və Gürcüstanın bir çox xalq artistləri bu teatrın səhnəsində rol alıb, tamaşalar hazırlayıblar.

Həmsöhbətim — QDDT-ın baş rejissoru, respublikanın əməkdar artisti Musa Eyyubov, 1988-ci ildə teatra ikinci nəfəs veriləndən sonra burada fəaliyyətə başlayıb. Qazax teatrının bu illər ərzində keçdiyi yoldan danışan Musa müəllim, fəaliyyətlərinin ilk illərindən müharibə dövrünün çətinlikləri ilə üzləşsələr də, ruhdan düşmədiklərini deyir.

"Adicə çörəyi almaq belə, çətin olan vaxtlarda, istilik sistemi, elektrik enerjisi olmadan, çıraq işığında məşqlərimizi etdirir, tamaşa hazırlayırdıq. Müharibə dövründə demək olar, bütün cəbhə bölgələrinə qastrollara çıxırdıq, müharibənin ağırlığını çiyinlərində daşıyan əsgərlərimizə öz mənəvi dəstəyimizi göstərirdik" – baş rejissor bildirir.

Mövcud çətinliklərə gəlincə: "Bölgə teatrı olaraq ən böyük sıxıntımız gənc və peşəkar aktyorların azlığı ilə bağlıdır. Bu gün İncəsənət Universitetini bitirən heç bir gəncimiz öz taleyini bölgə teatrı və ümumiyyətlə teatrla bağlamaq istəmir. Təbii ki, bunun da subyektiv səbəbləri var. Ali təhsili başa vurduqdan sonra 120-150 manatla gələcəyini qura bilməyəcəyini fikirləşən gənclər, digər sahələrdə özlərini sınamağa məcbur olurlar. Bu səbəbdən də əksər tamaşa seçimində gənc obrazların daha az olduğu əsərləri seçmək məcburiyyətində qalırıq".

"Dəfələrlə bu boşluğu həvəskar tələbələrlə doldurmağa çalışsaq da, sonradan dərs yükünün ağırlığından, yaxud da valideyn narazılığı səbəbindən əziyyətimiz hədər gedib. Elə buna görə də neçə vaxtdır hazırlamaq istədiyim, 6 gəncin rol almalı olduğu tamaşanı səhnələşdirə bilmirəm" — deyir həmsöhbətim.

Digər çətinlik isə bina ilə bağlıdır Qazax teatrında. Hazırda rayonun mədəniyyət mərkəzinin akt zalı səhnə kimi istifadə edilir. Lakin bura teatr üçün əlverişli deyil. İclaslar üçün nəzərdə tutulan səhnənin akustikası, işıq sistemi yox dərəcəsindədir. Səhnədə önəmli olan kənar ciblərin olmaması da bu çətinliklər sırasındadır.

Burada oynanılan tamaşalar sırf aktyorların fədakarlığı sayəsində baş tutur. Habelə, ömürlərinin böyük bir qismini sənətə həsr edən bu aktyor heyətinin, hər il fəxri ad almaq üçün təqdimatı getsə də, onlardan hələ rəsmi adla təltif ediləni yoxdur.

"Teatr incəsənətin xərc tələb edən sahələrindəndir" deyən M. Eyyubovun sözlərinə görə, bir çox çətinliklərin aradan qaldırılması üçün rayon rəhbərliyi tərəfindən müəyyən işlər görülüb: "Artıq bir neçə aydır bu işlərin bəhrəsini görürük".

Rejissor bu illər ərzində teatrın kifayət qədər tamaşaçı kütləsi yığdığını da deyir: "Rayonda müəyyən adamlar var ki, bir tamaşanı belə, ötürmürlər. Buna baxmayaraq tamaşalarımız anşlaqla da keçmir. Biz sənət adamları üçün zalı, teatrdan zövq ala bilməyən adamların doldurmasındansa, əsərin mahiyyətini anlayaraq tamaşa edən 5 nəfər daha önəmlidir".

Tamaşa etdiyim, 79-cu mövsümün son premyerası olan Ə. Haqverdiyevin "Bəxtsiz cavan" pyesi də, azsaylı, lakin zövqlü tamaşaçıların iştirakı ilə baş tutdu. Binanın işıqlarının rayon elektrik şəbəkəsi tərəfindən borca görə kəsilməsi səbəbindən, premyera kiçik elektrik generatoru vasitəsilə həyata keçirildi ki, bu da səhnənin işıqlandırılması və musiqi səsləndirilməsi baxımından çətinliklər yaratdı.

Lakin, Allahverdi Musayevin rejissorluğu, Hacı Hacıyev, Yusif Qoca, Səyalı İsmayılova və digər aktyorların səhnədəki performansı bütün çətinlikləri unutdura bildi. Tamaşanın qəhrəmanı təhsilli, xalqına fayda vermək istəyən maarifçi gənc Fərhad, nadanlığın, cəhalətin, məhdud dünyagörüşün əleyhinə olaraq savadsız insanların gözünü açmaq, elm və maarifi təbliğ etmək istəyi baş tutmadıqda özünə qəsd edir.

Fikrimcə, bu gün illərlə universitet təhsili alıb, rejissorluq, aktyorluq, sənətinə yiyələnib, 120-150 manata həyatlarını qura bilməyəcəyi səbəbindən başqa sahələrə üz tutan gəncləri itirmək, zamanla incəsənətimizin bu sahəsinin də intiharının əsasını qoyur.

Xəbər lenti
0