Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qızılağac qoruğu bu səbəbdən yanıb

© Photo : AR ETSN-nin mətbuat xidmətiQızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə hazırda araşdırma aparılır

BAKI, 12 iyul — Sputnik. 11 iyul 2017-ci il tarixində saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın saat 20 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O, bildirib ki, yanğının baş verdiyi ərazi əsasən dəniz sahili, qamışlıq-bataqlıq olduğundan və küləklə müşayiət olunduğundan onun söndürülməsi bir qədər çətinlik yaratmışdı. Əraziyə cəlb olunmuş FHN-nin Lənkəran və Masallı rayonlarının yanğından mühafizə bölmələrinin texnika və canlı qüvvəsindən, Qızılağac Dövlət Təbiət Qoruğunun və ETSN-nin müvafiq yerli qurumlarının əməkdaşlarının əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğının söndürülməsinə nail olunub. İlkin hesablamalara görə yanğın nəticəsində 16 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması məqsədilə hazırda araşdırma aparılır.

Xəbər lenti
0