Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 12 iyul — Sputnik. Ötən gün axşam saatlarında rayonun Bideyiz kənd sakini, 1959-cu il təvəllüdlü Gülarə Elməddin qızı Qafarovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılı vəziyyətdə aşkarlanıb. Ailəli və üç uşaq anası olan Gülarə Qafarovanın intihar etdiyi müəyyənləşib.
Yerli sakinlərin sözlərinə görə Gülarə Qafarova son zamanlar əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı Şəki rayon Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin 125-ci — "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.