Prezidentdən sərt xəbərdarlıq: "Heç kimə güzəşt olunmayacaq"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində çıxışı
Prezident İlham Əliyevin qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının davranış qaydalarına əməl etməsi məsələsinə də toxunub. Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev deyib ki, dövlət məmurları və onların ailə üzvlərinin davranış normalarına ciddi əməl etməlidirlər.

Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.

Xəbər lenti
0