Xarici işlər naziri qarşı tərəfi "axmaq" adlandırdı

© Sputnik / Алексей Даничев / Mediabanka keçidСтраны мира. Республика Кипр
Страны мира. Республика Кипр - Sputnik Azərbaycan
Abunə olmaq
Çavuşoğlu ölkəsinin konstruktiv mövqe tutduğunu, Kipr yunanları tərəfindən irəli sürülən axmaq tələblərin qəbul edilməsinin mümkün olmadığını söyləyib

BAKI, 12 iyul — Sputnik. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Kipr məsələsinin həlli ilə bağlı Cenevrədə keçirilən danışıqların nə üçün uğursuzluqla nəticələndiyini açıqlayıb. O, problemin müvəffəqiyyətsizliyə uğramasının səbəbi kimi Türkiyəni hədəf göstərən Kipr yunan hakimiyyətinə sərt reaksiya verib.

Sputnik Türkiyə xəbər verir ki, Çavuşoğlu ölkəsinin konstruktiv mövqe tutduğunu, Kipr yunanları tərəfindən irəli sürülən axmaq tələblərin qəbul edilməsinin mümkün olmadığını söyləyib.

Çavuşoğlu, yunan liderlərin bəyanatlarının çox dayaz olduğunu bildirib.

Xəbər lenti
0