Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Yollardakı təhlükəsizlik vətəndaşları qane etmir”

© Photo : social page of Ershad HuseynovYol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, yollarda təhlükəsizlik səviyyəsi daha yüksək olmalıdır

Ərşad Hüseynov: “Polis əməkdaşları peşəkarlıqlarını artırmalıdırlar”
"Bizim ölkəmizdə yol hərəkəti təhlükəsizliyi hələ də cəmiyyətimizi qane etmir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib: “Azərbaycanda nə yol polisi əməkdaşları, nə də vətəndaşlar belə vəziyyəti qəbul etmirlər. Hər kəs düşünür ki, təhlükəsizlik səviyyəsi daha yüksək olmalıdır. İnsanlarımız istəyir ki, dinamiklik artdıqca, təhlükəsizlik də artsın”.

“Hər kəs üzərinə düşən vəzifəni icra etməlidir. Biz düşünürük ki, kimsə bizim hərəkətlərimizə kənardan düzəlişlər etməlidir. Qəbul edilən qanunlar və dəyişikliklər ona görədir ki, müasir çağırışlar çərçivəsində xidmət etmək üçün polis əməkdaşları gərək peşəkarlıqlarını artırsınlar” – deyə o bildirib.

Xəbər lenti
0