BAKI, 11 iyul — Sputnik. ABŞ-ın Missisipi ştatında C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub.
Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Təyyarənin göyərtəsində silah-sursatın olması yanğınsöndürənlərin işinə əlavə maneə yaradır.
Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.