CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident müavini vəzifəsindən azad etdi

Abunə olmaq
İlham Əliyev mühüm sərəncam verib

BAKI, 11 iyul — Sputnik. Prezident İlham Əliyev Novruzəli Orucovun Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Novruzəli Hüseyn oğlu Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti
0