BAKI, 11 iyul — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan bu gün Belçikada görüşəcəklər. Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-nin mətbuat katibi Tiqran Balayan məlumat verib.
Görüş Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərin iştirakı ilə baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində görüşə biləcəkləri açıqlanmışdı.
Lakin APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, görüşün elə əvvəlcədən iyulun 11-də Brüsseldə keçirilməsi nəzərdə tutulub.