BAKI, 11 iyul — Sputnik. Şimali Koreyada, prezidentin qonaq qismində qatıldığı konsert proqramında tragikomik anlar yaşanıb.
Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, ölkənin tanınmış pop müğənnilərinin çıxış etdiyi konsert paytaxt Pxenyanda keçirilib.
İşin maraqlı tərəfi odur ki, salonda əyləşən tamaşaçılar, musiqiçilərdən daha çox prezident Kim Çen In-ı alqışlayıblar. Onun hər hərəkəti zalda əyləşənlər tərəfindən maraqla və alqışlarla qarşılanıb.
Konsert ölkənin rəsmi dövlət televiziyasından canlı yayımlanıb.