İŞİD təsdiqlədi: Əl-Bağdadi öldürülüb

© Photo : PUBLIC DOMAINƏbu Bəkr əl-Bağdadi
Əbu Bəkr əl-Bağdadi - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD üzvləri əl-Bağdadinin varisinin adını açıqlayıblar

BAKI, 11 iyul — Sputnik. İŞİD üzvləri, liderləri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi barədə məlumatı təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Əs-Sumariyə" telekanalı İraqın Nineviya (Naynava) əyalətindəki mənbəyə istinadla bildirib.

Telekanalın məlumatına görə, İŞİD üzvləri əl-Bağdadinin varisinin adını açıqlayıblar. Amma İŞİD-in yeni liderinin kim oldu məlum deyil.

Əl-Bağdadinin ölümü barədə məlumatlar biri digərini təkzib edir. İyunun 22-də Rusiyanın Xarici İşlər Nazirliyi İŞİD liderinin öldürüldüyü barədə informasiya vermiş, sonra bunu dəqiqləşdirə bilmədiklərini açıqlamışdı. Onun qətli barədə digər məlumatlar isə 2016-cı ilin iyun və dekabr aylarında, 2015-ci ilin aprelində (onda onun ağır yaralandığı və xəstəxanada öldüyü bildirilirdi), 2014-cü ilin noyabrında yayılmışdı.

2017-ci ilin yanvarında da bildirilmişdi ki, əl-Bağdadi aviazərbə nəticəsində ağır yaralanıb və vəziyyəti kritikləşib. 2016-cı ilin oktyabrında isə İŞİD liderinin zəhərləndiyi bildirilmişdi.

Əbu Bəkr əl-Bağdadi adı ilə məşhur olan İbrahim Avad əl-Bədrinin 1971-ci ildə İraqda doğulduğu bildirilir. Onun bioqrafiyası barədə dəqiq məlumatlar yoxdur. O, 2010-cu ilin mayından terror təşkiılatının qurucusu Əbu Ömər əl-Bağdadinin ölümündən sonra İŞİD-ə rəhbərlik edir.

Xəbər lenti
0