CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Balakən sakinini Bakıda maşın vurdu: vəziyyəti ağırdır

Abunə olmaq
Xəstəxanadan verilən məlumata görə, reanimasiyada olan yaralının vəziyyəti ağır olaraq qalır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Ötən gün gecə saatlarında paytaxtın Xətai rayonunda piyada vurulması hadisəsi baş verib.

Balakən rayon Türülü kənd sakini Elşad Əhmədov yolu keçmək istəyərkən, hələlik adı məlum olmayan sürücünün idarə etdiyi minik avtomobili onu vurub.

Yaralı hadisə yerinə çağırılan "təcili yardım" maşını ilə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. E. Əhmədovun vəziyyəti ağır olduğu üçün həkimlər yaralını dərhal əməliyyat ediblər.

Xəstəxanadan verilən məlumata görə, reanimasiyada olan yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparır.

Xəbər lenti
0