CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir sıra apellyasiya məhkəmələrinə sədrlər təyin edilib

Abunə olmaq
Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilib

BAKI, 11 iyul — Sputnik. Prezident İlham Əliyev bir sıra apellyasiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla aşağıdakı şəxslər apellyasiya məhkəmlərinin sədrləri təyin edilib.

1. Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri;

2. Səadət İnayət qızı Bəktaşi Sumqayıt Apellyasiya Məhkəməsinin sədri;

3. Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri;

4. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin sədri.

Bu sərəncamın 1-3-cü hissələri 2017-ci il iyulun 16-dan, 4-cü hissəsi 2017-ci il iyulun 28-dən qüvvəyə minir.

Xəbər lenti
0