Məşhur aktyor dünyasını dəyişdi

© Photo : AAFikrət Hakan
Fikrət Hakan - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlər 83 yaşlı aktyoru xilas etmək üçün 2 saata yaxın çalışsalar da, cəhdləri nəticəsiz qalıb

BAKI, 11 iyul — Sputnik. Türk kinosunun əfsanəvi aktyoru Fikrət Hakan bu gün səhər saatlarında müalicə aldığı İstanbul Elmi Araşdırma xəstəxanasında dünyasını dəyişib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, Fikrət Hakan uzun müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.

Həkimlər 83 yaşlı aktyoru xilas etmək üçün 2 saata yaxın çalışsalar da, cəhdləri nəticəsiz qalıb.

Qeyd edək ki, F.Hakan 163 film və serialda rol alıb.

 

Xəbər lenti
0