Ukraynaya səfər etmək çətinləşdi: səbəb

CC0 / Katatonia / KievСтолица Украины город Киев
Столица Украины город Киев - Sputnik Azərbaycan
Abunə olmaq
Poroşenko qeyd edib ki, bu tədbirlər terrorçuluqla mübarizə imkanlarını gücləndirəcək və cəmiyyət tərəfindən yaxşı qarşılanacaq

BAKI, 10 iyul — Sputnik. Ukrayna ölkəyə gələn bütün xarici vətəndaşlar üçün biometrik nəzarət sistemini tətbiq edəcək.

Modern.az-ın məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında deyib.

Onun sözlərinə görə, sərhədi keçən hər bir xarici vətəndaşdan biometrik məlumatlar, o cümlədən barmaq izləri, rəqəmsal fotoşəkil alınmalıdır.

Poroşenko qeyd edib ki, bu tədbirlər terrorçuluqla mübarizə imkanlarını gücləndirəcək və cəmiyyət tərəfindən yaxşı qarşılanacaq.

Xəbər lenti
0