Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Peşə məktəbləri niyə müasir tələblərə cavab vermir

© Sputnik / Murad Orujov“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova
“ELS”  Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova - Sputnik Azərbaycan
Abunə olmaq
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova deyir ki, peşə təhsili müəssisələrində maddi-texniki bazanın yaxşılaşdırılması üçün işlər görülür

İradə Yaqubova: “Elə məktəblər var ki, maddi-texniki bazası yaxşı deyil”
"Bu gün peşə təhsili müəssisələrinin 80%-nin infrastrukturu köhnədir. Maddi-texniki baza müasir tələblərə cavab vermir". Bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Sputnik Azərbaycan-a deyir ki, bu gün Azərbaycanda peşə təhsili sahəsində çox ciddi islahatlar gedir: “Hazırda peşə məktəbləri, liseyləri birləşdirilib peşə mərkəzləri yaradılır. Həmin o mərkəzlərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər görülür”.

“Bu gün elə peşə təhsili müəssisələri var ki, onların maddi-texniki bazası yaxşı deyil. Ancaq elə məktəblər də var ki,  çox gözəl işləyirlər. Bu gün Peşə Təhsili üzə Dövlət Agentliyi bu istiqamətdə də ciddi işlər aparır. Problemlər aradan götürülür” – deyə o bildirib.

Xəbər lenti
0