2016-cı il aprel hadisələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində hərbi-siyasi baxımdan növbəti mərhələyə keçid kimi qəbul olunur. İyulun 4-də Ermənistan hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndində biri 2 yaşlı uşaq olmaqla mülki şəxsləri qətlə yetirməsi münaqişənin tənzimlənməsi ilə məşğul olan qurumları hədəfə çevirib.
Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu həmsədrlik institutu ilə bağlı ciddi fikir ayrılıqları yaranıb.
Bugünkü tədbirdə ekspertlər "2016-cı il aprel ayından sonra danışıqlar prosesi", "ATƏT-in Minsk Qrupu Ermənistanda və Azərbaycanda, Dağlıq Qarabağ münaqişə zonasında", "ATƏT-in Minsk Qrupu həmsədrlərinin rolu cəmiyyətdə və mətbuatda necə qəbul olunur" mövzularında maraqlı mülahizələrini bölüşüblər.